Rostovdan Bakıya gələn avtobus qəzaya düşdü: 7 yaralı

5-11-2019, 11:05           
Rostovdan Bakıya gələn avtobus qəzaya düşdü: 7 yaralı
Rusiyanın Stavropol diyarında azərbaycanlıları daşıyan sərnişin mikroavtobusu qəzaya uğrayıb.

Report xəbər verir ki, mikroavtobus yoldan çıxaraq xəndəyə düşüb və maneəyə çırpılıb.

Mikroavtobusun Rostovdan Bakıya gəldiyi qeyd olunur. Avtobusda 9 Azərbaycan vətəndaşı olub. Qəza nəticəsində 7 nəfər xəsarət alıb, ölən yoxdur.

Xəsarət alanlar yerli mərkəzi şəhər xəstəxanasına aparılıblar.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.