Orenburq vilayətində baş verən yanğında beş nəfər ölüb

11-11-2019, 08:08           
Orenburq vilayətində baş verən yanğında beş nəfər ölüb
Rusiyanın Orenburq vilayətində yaşayış evində baş verən yanğında beş nəfər dünyasını dəyişib.

“Report” xəbər verir ki, bu barədə “TASS”a Rusiya Fövqəladə Hallar Nazirliyinin Orenburq bölgəsi üzrə Baş İdarəsinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, Jilqorodok qəsəbəsində yerləşən ikiotaqlı evdə baş verən yanğınla bağlı FHN-nin qaynar xəttinə məlumat daxil olub.

Yanğının kəşfiyyatı zamanı beş nəfərin meyiti aşkar edilib.

Yanğın lokallaşdırılıb, evin qalan hissəsi və qonşu evlər yanğından mühafizə olunub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.