Bakıda baş verən zəncirvari qəzada 7 avtomobil əzilib

22-11-2019, 03:39           
Bakıda baş verən zəncirvari qəzada 7 avtomobil əzilib
Bakının Ziya Bünyadov prospektində yeddi avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, “Nissan” markalı minik avtomobili metronun “20 Yanvar” stansiyası istiqamətində hərəkətdə olan zaman “Hyundai” markalı nəqliyyat vasitəsinə çırpılıb.

Havanın yağışlı və yolların sürüşkən olması səbəbindən eyni istiqamətdə hərəkət edən digər beş avtomobil qəzaya uğrayan nəqliyyat vasitələrinə dəyiblər.

Qəza nəticəsində iki nəfər xəsarət alıb.




Baş vermiş yol qəzası ilə əlaqədar yolun hərəkətində sıxlıq yaranıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.