Bakıda məmurun mənzilində iki qadın qətlə yetirildi

14-12-2019, 01:02           
Bakıda məmurun mənzilində iki qadın qətlə yetirildi
Bakının Sabunçu rayonu ərazisində dəhşətli qətl olub. Criminal.az xəbər verir ki, qətl bu gün Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi 49A ünvanındakı "Uğur-2" yaşayış kompleksindəki mənzildə törədilib.
Mənzildə kirayə yaşayan ana və gənc qızı naməlum şəxs tərəfindən öldürülüb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib.
İlkin ehtimala görə, qətli ailənin oğlu törədib.

Nəşlər müayinə üçün məhkəmə-tibbi ekspertizasına aparılıb.
Qətl törədilən mənzil məmura - Sosial-müdafiə fondunun Xəzər rayon şöbəsinin Rafiq adlı əməkdaşına məxsusdur. Həmin şəxsiin hadisə baş verən kompleksdə bir neçə mənzili kirayə verdiyi iddia olunur.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.