İtaliyada azərbaycanlı tələbə itkin düşüb

18-01-2020, 10:23           
İtaliyada azərbaycanlı tələbə itkin düşüb
Azərbaycanlı tələbə İtaliyada itkin düşüb.
Teref.az xəbər verir ki, Binədəqi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayon sakini Əliguşad Xıdırov 4-cü Polis Bölməsinə ərizə ilə müraciət edərək oğlu, 1996-cı il təvəllüdlü Cavid Xıdırlının yanvarın 10-da İtaliyanın Torino şəhərində itkin düşdüyünü bildirib.
C.Xıdırlı İtaliyada ali təhsil alırmış.
Daxil olan məlumat əsasında araşdırmalara başlanıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.