Azərbaycanda "WhatsApp" çökdü

19-01-2020, 17:43           
Azərbaycanda "WhatsApp" çökdü
Azərbaycanda sosial şəbəkə istifadəçiləri bir neçə saatdır, "WhatsApp"ın işindən narazılıq edir.

Yeniavaz.com xəbər verir ki, proqramda ismarışları, o cümlədən səsli mesajları nə göndərmək, nə də qəbul etmək mümkündür.

Şirkətdən müəyyən problemlərin olduğu təsdiqlənib və xidmətin yenidən nə zaman aktivləşəcəyi barədə məlumat verilmir.

Qeyd edək ki, "WhatsApp" smartfonlar üçün nəzərdə tutulub və mətn, foto, video və audio şəkildə informasiya paylaşmaq imkanı verir, son illərdə isə bu tətbiqlə zəng etmək də aktivləşdirilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.