Bakıda DƏHŞƏT - Yük maşını 15 yaşlı şagirdi vurub öldürdü

19-01-2020, 17:46           
Bakıda DƏHŞƏT - Yük maşını 15 yaşlı şagirdi vurub öldürdü
Bakıda məktəblinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teref.az “report”a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb.

Mebel daşıyan yük maşını yolu keçən 15 yaşlı şagirdi (ad və soyadı dəqiqləşdirilir-red) vurub.

Yaralı hadisəni törədən sürücü tərəfindən 26 saylı Birləşmiş Şəhər Xəstəxanasına çatdırılıb.

Lakin həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.