Rusiyada yaşayış binasında güclü yanğın olub, 11 nəfər ölüb

21-01-2020, 09:27           
Rusiyada yaşayış binasında güclü yanğın olub, 11 nəfər ölüb
Rusiyanın Tomsk vilayətinin Asinovski rayonundakı fərdi yaşayış binasında güclü yanğın olub, 11 nəfər ölüb.

APA-nın RİA Novosti-yə istinadən xəbərinə görə, Tomsk vilayətinin Asinovski rayonu, Prichulymsky kəndindəki birmərtəbəli taxta evdə baş verən yanğın dünən gecə başlayıb.

Yanğında 11 nəfər ölüb, 2 nəfər xilas ola bilib. Ölənlərin hamısı əcnəbi vətəndaşlardır.

Bölgədəki təcili tibbi yardım xidmətinin nümayəndəsi onların Özbəkistan vətəndaşı ola biləcəyini ehtimal edib. Hazırda həlak olanların milliyyəti dəqiqləşdirilir.

Hadisə ilə bağlı operativ qərargah yaradılıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.