Bakıda tibb bacısı sərnişin avtobusunda yıxıldı

22-01-2020, 09:31           
Bakıda tibb bacısı sərnişin avtobusunda yıxıldı
Bakının Binəqədi rayonunda orta yaşlı qadın sərnişin avtobusundan yıxılıb.

Teref.az-ın xəbərinə görə, hadisə Azadlıq prospektində baş verib.

88 nömrəli marşut xətti üzrə hərəkət edən avtobusun sürücüsü qəfil əyləcdən istifadə edib. Bu zaman sərnişin - 1963-cü il təvəllüdlü Haqverdiyeva Lida Ənvər qızı yıxılıb. O, qapalı kəllə-beyin travması ilə 1 saylı Xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, L.Haqverdiyeva 1 saylı Xəstəxanada tibb bacısı kimi çalışır.APA












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.