“Bakıda itkin düşən şəxsi öldürərək çaya atıblar” – DİN məlumat yaydı

22-01-2020, 18:02           
“Bakıda itkin düşən şəxsi öldürərək çaya atıblar” – DİN məlumat yaydı
Abşeronda itkin düşən ruhi xəstənin avtomobillə vurularaq ölməsi müəyyən edilib.

Daxili İşlər İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinə Hökməli qəsəbəsində yaşayan ruhi xəstə Ceyhun Əhmədovun yanvarın 8-də evdən çıxaraq geri qayıtmaması barədə müraciət daxil olub.

Müraciətlə əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

C.Əhmədovun üzərində zorakılıq əlamatləri olan meyitinin yanvarın 21-də Çaylı kəndinin ərazisindən keçən çayda tapılması faktı ilə əlaqədar rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

İstintaq və əməliyyat tədbirləri ilə C.Əhmədovun yanvarın 8-də saat 20 radələrində Bakı-Şamaxı yolunun 15-ci kilometrliyində “Ford Tranzit” markalı avtomobillə vurulduqdan sonra qeyd edilən nəqliyyat vasitəsində sürücü və sərnişini tərəfindən aparılması müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri ilə qeyd edilən avtomobilin sürücüsü, Xırdalan şəhər sakini H.Xudiyev və sərnişini, Bakı şəhər sakini S.Köçərili saxlanılıblar.

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.