Azərbaycanda poliklinika yanır

22-01-2020, 22:15           
Azərbaycanda poliklinika yanır
Gəncə şəhərində poliklinika binasında yanğın baş verib.

Teref.az xəbər verir ki, hadisə şəhərin Poçt qəsəbəsi, İsrafilbəyov küçəsində qeydə alınıb. İlkin məlumata görə yanğın ərazidə fəaliyyət göstərən poliklinika binasında qeydə alınıb.

Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Kəpəz rayon Yanğından Mühafizə xidmətinin əməkdaşları cəlb olunub.

Yanğının səbəbləri dəqiqləşdirilir. /Baku.ws












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.