Ölümcül koronavirus qonşu ölkəyə də gəlib çatdı

23-01-2020, 12:04           
Ölümcül koronavirus qonşu ölkəyə də gəlib çatdı
Rusiya vətəndaşı Çində yayılan ölümcül koronavirus diaqnozu ilə xəstəxanaya çatdırılıb.
Yeniavaz.com Rusiya mətbuatına istinadən xəbər verir ki, Sankt-Peterburqda yerləşən Pulkovo hava limanında yoxlanış zamanı bir nəfərdə koronavirusun əlamətləri aşkarlanıb. Bu barədə "Televiziya 78" kanalına Kliniki Yoluxucu Xəstəliklər xəstəxanasının baş həkimi Aleksey Yakovlev məlumat verib. O, Şanxaydan Rusiyaya gələn şəxsin sağlamlıq vəziyyəti haqqında araşdırıldıqdan sonra məlumat veriləcəyini bildirib.
Qeyd edək ki, Çində yeni virusdan artıq 17 nəfər dünyasını dəyişib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.