Qarabağda iki erməni əsgəri güllələndi

24-01-2020, 11:35           
Qarabağda iki erməni əsgəri güllələndi
Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsində yerləşən Ermənistan Müdafiə Nazirliyinə məxsus hərbi hissədə silahlı insident baş verib.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bununla bağlı Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan məlumat verib.

Onun sözlərinə görə, naməlum şəraitdə iki əsgər – 2001-ci il təvəllüdlü Qenri-Ayk Zakaryan və 2000-ci il təvəllüdlü Armen Mesropyan silahdan açılan atəş nəticəsində yaralanıb. Ovannisyan Zakaryanın vəziyyətinin ağır olduğunu bildirib.

Hadisənin səbəbləri məlum deyil.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.