34 gün meşədə meyvə yeməklə sağ qaldılar

29-01-2020, 09:58           
34 gün meşədə meyvə yeməklə sağ qaldılar
Kolumbiyalı ana və üç uşağı itkin düşdükdən 34 gün sonra Peru əsilli insanlar tərəfindən meşədə tapılıb.

Teleqraf.com xəbər verir ki, ana və 10, 12, 14 yaşlı uşaqları bu müddət ərzində toxum, bitki və qırmızı meyvə yeyərək sağ qalıblar.

Ailə ac qaldığı və həddindən artıq maye itirdiyi üçün xəstəxanaya yerləşdirilib. Onlar 34 gün əvvəl Peru-Kolumbiya sərhədi yaxınlığındakı qohumlarıgildən qayıdarkən itkin düşüblər.

Qadın Kolumbiyadakı evlərinə qayıtmaq üçün əri ilə görüşməyi planlaşdırdırıb. Həyat yoldaşı qadın görüş yerinə gəlmədiyi zaman polislərə müraciət edib.

Qadın üç uşağı ilə 34 gün meşədə gəzdikdən sonra, Yubito kəndi yaxınlığındakı Redvud yerli sakinləri ilə görüşüb. Sakinlər Peru donanmasına və Kolumbiyalı həmkarlarına məlumat veriblər.

Xəstəxanaya yerləşdirilən ailədə ağcaqanad dişləməsi nəticəsində yaranan malyariya və sarı qızdırma kimi xəstəliklər də yoxlanılacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.