Deputatın qardaşı qızı direktor təyin edildi - Qalmaqallı məktəbə

18-12-2015, 16:29           
Deputatın qardaşı qızı direktor təyin edildi - Qalmaqallı məktəbə
Sabirabaddakı M.Ə.Sabir adına 1 saylı orta məktəbinə yeni direktor təyin edilib.

teref.az xəbər verir ki, Gün.Az-ın əldə etdiyi məlumata görə, yeni direktor əslən sabirabadlı olan, Sumqayıtdan millət vəkili seçilmiş Mirzəcan Xəlilovun qardaşı qızı Sevinc Xəlilovadır.

O, parlament seçkilərindən bir neçə gün sonra direktor vəzifəsinə təyinat alıb.

S.Xəlilova 1973-cü ildə Sabirabad rayonunda anadan olub, BDU-nun coğrafiya fakültəsini bitirdikdən sonra adıçəkilən məktəbdə müəllim işləyib.

Qeyd edək ki, xeyli müddət idi 1 saylı məktəbdə direktor vəzifəsi boş qalmışdı. Sabiq direktor Diləfruz Mustafayeva kredit qalmaqalı ilə əlaqədar vəzifəsindən uzaqlaşdırılıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.