Nazirlik yumurtanın qiymətini açıqladı

18-12-2015, 20:48           
Nazirlik yumurtanın qiymətini açıqladı
“Yumurtanın qiymətinin bahalaşması ilə bağlı yayılan xəbərlərin heç bir əsası yoxdur. Kimlərsə ajiotaj yaradır”.

Bunu AzVision.az- a Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev deyib. Onun sözlərinə görə, bununla bağlı Quşçular Cəmiyyəti ilə əlaqə saxlanılıb:

“Onlar da bildirilər ki, fabriklərdə istənilən qədər yumurta ehtiyatı var. Dünən marketlərdəki qiymətlərə də baxmışam.Qiymətlər 12-13 qəpikdir. Müəyyən şəxslər ajiotaj yaradaraq süni qiymət artımına yol vermək istəyir. Cüzi qiymət artımı olsa da bu müvəqqəti xarakter alır. Fəsildən asılı olaraq tələbat artıb. Amma tələbatın artması qiymətin bahalaşması demək deyil. Fabrikin satdığı qiymət 10-11 qəpikdir”.

Nazirlik rəsmisi deyir ki, qiymətlərin artımına heç bir əsas yoxdur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.