Bakıda maskalı şəxslər şirkətə basqın edib

6-01-2016, 18:41           
Bakıda maskalı şəxslər şirkətə basqın edib
Bakıda quldurluq hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, hadisə Xəzər rayonu Mərdəkan qəsəbəsidə yerləşən daş karxanasında baş verib. Gecə saatlarında karxanaya basqın edən 3 nəfər maskalı şəxs bıçaq və iri taxta parçaları ilə növbə rəisi Ağayev İlham Zəka oğluna hədə qorxu gəliblər və karxanadakı 700 manat pulu götürərək uzaqlaşıblar.

Qeyd edək ki, daş karxanasını istismar edən MMC İ.Ağayevin qardaşına məxsusdur.

Faktla bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.