Əlillik dərəcələri və müavinətlərin verilməsində yeniliklər olacaq - açıqlama

6-01-2016, 19:42           
Əlillik dərəcələri və müavinətlərin verilməsində yeniliklər olacaq - açıqlama
Milli Məclisin yaz sessiyasının ilk iclası fevralın 1-də keçiriləcək. Buna qədər isə komitələrdə yaz sessiyasının gündəliyinə salınacaq məsələlər müzakirə ediləcək. Parlamentin komitələrində iş yanvarın 15-dən başlayacaq. Modern.az saytı ayrı-ayrı komitələrdən yaz sessiyasında müzakirəyə çıxarılacaq qanun layihələri və digər məsələlər barədə məlumat öyrənməyə çalışıb.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli Modern.az-a açıqlamasında bildirib ki, yaz sessiyasında onlar 2 mühüm qanunun köklü dəyişməsini müzakirə edəcəklər. Bunlardan biri əlillərin hüquqları ilə bağlıdır.

““Əlillərin hüquqları haqqında” Qanunda ciddi dəyişiklər gözlənilir. Bu gün əlilliyi sosial müdafiə baxımından fiziki qüsura görə veririksə, ola bilər ki, yeni dəyişikliyə əsasən fiziki qüsurla yanaşı, sosial duruma nəzər yetirilsin. Yəni sosial müdafiədə təkcə fiziki qüsur deyil, eyni zamanda sosial durum da nəzərə alınsın. Milyarder adama ikinci qrup əlil kimi 10 manat verilməsi nəyə lazımdır... Fiziki qüsurla yanaşı, sosial durum da önəmlidir”.

Deputat qanunda eyni zamanda sosial durumu ağır olan əlillərə müavinətin artırılmasının da mümkünlüyünü qeyd eidb.

“Buna uyğun olaraq müavinətlərdə də artım ola bilər. Qənaət olunmaqla nəsə alına bilər. Sosial durumu ağır olanlar daha çox sosial müdafiə oluna bilər”.

H.Rəcəbli ikinci mühüm dəyişikliyin “Turizm haqqında” Qanunla bağlı olduğunu deyib.

“Burada da geniş məsələlər əks olunacaq. Bu gün bizdə 5 ulduzlu otellər daha çox tikilir, nəinki 3 ulduzlu. Eyni zamanda, turizmin qiymətlərinin aşağı salınması haqqında fikirləşirik. Belə ki, ölkə daxili turizmin inkişaf etdirilməsi, turizmin qiymətinin ucuzlaşdırılması istiqamətində addımlar atılacaq. Bu qanuna dəyişiklərdən sonra ciddi irəliləyişlər nəzərə çatpacaq”.

Deputat bunlarla yanaşı, yaz sessiyasında komitədə xeyli qanunlara əlavə və dəyişiklərin də olacağını vurğulayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.