Puerto-Rikoda təyyarə qəzaya uğrayıb, ölənlər var

3-06-2020, 09:00           
Puerto-Rikoda təyyarə qəzaya uğrayıb, ölənlər var
Puerto-Rikoda yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, təyyarə San-Xuan şəhərinin hava limanından havaya qalxdığı zaman sahildə duran yaxtalardan birinə dəyib və sonra yerə düşüb.

Bildirilir ki, təyyarənin göyərtəsində 3 nəfər olub, qəza nəticəsində onlardan 2-si ölüb, 1-i isə yaralanıb. Yaralanan şəxs hazırda həkimlərin nəzarəti altındadır.

Polislər qəza ilə bağlı araşdırma aparır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.