Dollar bahalaşdı

7-01-2016, 12:53           
Dollar bahalaşdı
Yanvarın 7-də Bakıda dolların məzənnəsi yenidən yüksəlib.

Fins.az-ın məlumatına görə, şəhərin mərkəzindəki valyutadəyişmə məntəqələrində dolların məzənnəsi yanvarın 6-a nisbətən kəskin artıb. Belə ki, hazırda məntəqələrdə ABŞ dolları 1,6-1,63 manata alınır, 1,70-1,72 manata satılır.

Dünən isə dolların alış qiyməti 1,61 manat, satış qiyməti 1,64 manat idi.

Paralel olaraq avronun məzənnəsi də yüksəlib. İndi Avropa valyutasının alış qiyməti 1,72 manat, satış qiyməti 1,86 manat təşkil edir. Dünən isə avro 1,71 manata alınıb, 1,77 manata satılırdı.

Əvəzində valyutadəyişmə təntəqələrində rus rublu ucuzlaşıb. Hazırda 100 rubl 2 manat alınır, 2,2 manata satılır. Dünən isə 100 rubl 2,32 manata alınır, 2,45 manata satılırdı.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.