28 yaşlı gəncin meyiti tapıldı: şok ölüm səbəbi... – Foto

5-06-2020, 23:30           
28 yaşlı gəncin meyiti tapıldı: şok ölüm səbəbi... – Foto
Göyçayda köhnə tikilidən kişi meyiti aşkar edilib.

Axar.az-ın bölgə müxbiri xəbər verir ki, Göyçay şəhər sakini, 1992-ci il təvəllüdlü İslam Şərafət oğlu Musayevin ailə üzvləri onun 3 gün öncə itkin düşməsi barədə Göyçay Rayon Polis Şöbəsinə müraciət ediblər. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı şəhərin N.Nərimanov küçəsindəki köhnə tikilidən onun cəsədi aşkarlanıb.

İ.Musayevin yüksək dozada narkotik vasitə qəbulu səbəbindən dünyasını dəyişdiyi ehtimal olunur.

İ.Musayev Göyçay şəhərində bərbərlik fəaliyyəti ilə məşğul olub.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.