Çində bir gündə 20 nəfər koronavirusa yoluxdu

25-06-2020, 08:03           
Çində bir gündə 20 nəfər koronavirusa yoluxdu
Çində ötən sutka ərzində 19 nəfərdə yeni növ koronavirusun aktiv forması və bir simptomsuz yoluxma halı aşkarlanıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Gigiyena və Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi bildirib.

Ötən sutka ərzində koronavirusdan ölən olmayıb. Yoluxanlardan 7 nəfəri xaricdən gəlib, qalanlar isə Pekində xəstələnib.

Hazırda 88 simptomsuz koronavirus daşıyıcısı həkimlərin nəzarəti altında saxlanılır.

Qeyd edək ki, iyunun 11-də 56 günlük aradan sonra "Sinfadi" bazarı ilə əlaqəli ilk yoluxma halı aşkarlanıb. Hökumət virusun yayılmasının qarşısını almaq üçün paytaxtda karantin tədbirlərini sərtləşdirib. Pekində indiyədək 480 məntəqə üzrə təxminən 3 milyona yaxın adam testdən keçirilib.

COVID-19 infeksiyası ortaya çıxandan bəri isə Çində ümumilikdə 90 milyondan çox adam test edilib. Ölkənin gündəlik testetmə potensialı 3,78 milyon nümunədir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.