“Bağlanmış bankların qeyri-qanuni qəbul etdiyi əmanətləri qaytarmağa çalışacağıq” - Tural Piriyev

25-06-2020, 13:08           
“Bağlanmış bankların qeyri-qanuni qəbul etdiyi əmanətləri qaytarmağa çalışacağıq” - Tural Piriyev
“Azərbaycanda bağlanmış 4 bankın ("AGBank", "Amrah Bank", "Atabank" və "NBC Bank" ASC-lər) vaxtilə qanunsuz qəbul etdiyi əmanətlər müvəqqəti bloklanır”.

“Report” xəbər verir ki, bunu bankların ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru Tural Piriyev keçirdiyi mətbuat konfrasında məlumat verib.

“Həmin əmanətlərlə bağlı araşdırma aparıb, onları blokdan çıxarmağa çalışacağıq. Əgər bu mümkün olmasa, Konstitusiya Məhkəməsinə müraciət etməklə qeyri-qanuni qəbul edilmiş əmanətləri qaytarmağa, bu məsələni vətəndaşların xeyrinə həll etməyə çalışacağıq”, - deyə o, qeyd edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.