"Bakı Metropoliteni"nin daha bir rəisi öldü - Koronavirusa görə məzuniyyət götürübmüş

27-06-2020, 10:28           
"Bakı Metropoliteni"nin daha bir rəisi öldü - Koronavirusa görə məzuniyyət götürübmüş
"Bakı Metropoliteni"nə ağır itki üz verib.

Modern.az-ın əldə etdiyi məlumata görə, metronun "Xalqlar Dostluğu" stansiyasının rəisi İlqar Əliyev ürək çatışmazlığından vəfat edib.

Qurumun mətbuat katibi Bəxtiyar Əliyev Modern.az-ın sorğusuna cavab olaraq, faktı təsdiqləyib.

Tanışlarının verdiyi məlumata görə, İ.Əliyevin pandemiya səbəbindən böyük narahatlıq keçirib, virusa yoluxmamaq, özünü qorumaq üçün məzuniyyət götürübmüş. Təəssüf ki, onun keçirdiyi narahatlıq ürəyini dayandırıb.

Allah rəhmət eləsin!

Qeyd eək ki, bir neçə gün əvvəl "Bakı Metropoliteni" QSC-nin hərəkət xidmətinin rəisi Etibar İsayev də ürək çatışmazlığından dünyasını dəyişib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.