Altı yaşlı qız onu qaçıran şəxsin əlindən möcüzəvi şəkildə qurtuldu

3-07-2020, 09:01           
Altı yaşlı qız onu qaçıran şəxsin əlindən möcüzəvi şəkildə qurtuldu
Altı yaşlı qızcığaz onu qaçıran kişinin əlindən möcüzəvi şəkildə qurtulub.

REN TV-nin məlumatına görə, hadisə Moskvada baş verib.

Bildirilir ki, qız anası və qardaşı ilə binaya daxil olub, ancaq liftlə çıxmaq istəməyib və pilləkənlə qalxmaq üçün anasından icazə alıb. Üçüncü mərtəbədə o, bir kişi ilə rastlaşıb. Cani qızcığazın başından vuraraq, onu yaxınlıqdakı meşəyə aparıb.

Meşədə uşaq onu qaçırmış şəxsin əlindən qurtularaq, özünü mərkəzi meydana çatdırıb. Təsadüfən oradan keçən adamlar təcili yardım xidmətinə zəng ediblər.

Həkimlər uşaqda beyin silkələnməsi, həmçinin üz və boyun nahiyələrində əzilmələr müşahidə ediblər.

Uşağa hücum edən kişinin axtarışlarına başlanılıb.oxu.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.