İmtahanda 2 nəfər maksimum bal topladı

11-08-2020, 08:56           
İmtahanda 2 nəfər maksimum bal topladı
Xəbər verdiyimiz kimi, 11-ci sinif şagirdləri üçün 23-24 iyul 2020-ci il tarixlərində keçirilmiş buraxılış (o cümlədən əvvəlki illərin məzunları üçün qəbul) imtahanlarının nəticələri açıqlanıb. Dövlət İmtahan Mərkəzindən (DİM) Azvision.az -a verilən məlumata görə, imtahanlarda iştirakı nəzərdə tutulan 20 034 nəfərdən 2 173 nəfər imtahana gəlməyib, 5 nəfər tələb olunan qaydaları pozduğu üçün imtahandan xaric olunub.

İmtahan iştirakçıları arasında 2 nəfər – Xırdalan şəhəri, 2 saylı tam orta məktəbin cari il məzunu və Lənkəran şəhəri, 10 saylı tam orta məktəbin 2019-cu il məzunu maksimal olan 300 bal toplayıb. 23 nəfər isə 297.1 bal toplaya bilib.

Azvision.azшаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.