İtkin düşmüş Cənubi Koreya məmuru Şimali Koreyada güllələndi

24-09-2020, 08:45           
İtkin düşmüş Cənubi Koreya məmuru Şimali Koreyada güllələndi
Koreya Xalq Demokratik Respublikasının (Şimali Koreya) sərhədinin yaxınlığında itkin düşmüş Cənubi Koreya Respublikasının Dəniz və Balıq Təsərrüfatı Nazirliyinin əməkdaşı KXDR-də güllələnib, məmurun cəsədi sonradan kremasiya edilib.

“Qafqazinfo” “Yonhap” agentliyinə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Bizim hərbçilərimiz bu qəddar hərəkəti qətiyyətlə pisləyir, izahat verməyə və günahkarları cəzalandırmağa çağırırlar”, - Koreya Respublikasının Milli Müdafiə Nazirliyində bəyan ediblər. Nazirlikdə ehtimal olunub ki, Cənubi Koreya vətəndaşı KXDR ərazisinə qaçmağa çalışarkən öldürülüb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.