Bakıda kişi benzin töküb özünü yandırdı

24-09-2020, 15:48           
Bakıda kişi benzin töküb özünü yandırdı
Bakıda bir nəfər özünü yandırıb. Hadisə 23 sentyabr saat 18:00 radələrində Badamdar qəsəbəsində baş verib.
Teref.az xəbər verir ki, bu barədə oxu.az-a Səbail Rayon Polis İdarəsindən məlumat daxil olub.

1981-ci il təvəllüdlü Qabil Məmmədhüseynoğlu evinin qabağında üstünə benzin tökərək özünü yandırıb. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının bildirdiyinə görə, kişi ruhi xəstəlikdən əziyyət çəkir, bu da, hadisəni törətməsinə səbəb olub.

O, 5 saylı şəhər klinik xəstəxanasının yanıq mərkəzinə aparılıb. Zərərçəkənin bədən səthinin 50%-nin yandığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.