Bir il ərzində ikinci dəfə lotereyada yüksək məbləğ qazandı

26-10-2020, 07:38           
Bir il ərzində ikinci dəfə lotereyada yüksək məbləğ qazandı
ABŞ vətəndaşı Maykl Kristiansen bir il ərzində ikinci dəfə lotereyada “cek pot”un sahibi olub.

ABŞ-ın Nebraska ştatında yaşayan M.Kristiansen mart ayında lotereyadan 50 min dollar qazanıb. O, bu ayın əvvəlində ikincə dəfə “cek pot”un sahibi olub. İkinci uduşunda 100 min dollar qazanan amerikalı baş verənlərə inana bilmədiyini deyib:

“İnana bilmədim. Həqiqət ola biləcəyini düşünmədim”.

Lotereya qalibi qazandığı pulun bir hissəsini təqaüdü üçün ayırmağı düşündüyünü, bir hissəsi ilə isə vəfat edən bacısının evini almağa cəhd edəcəyini bildirib.//Oxu.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.