Rektor qızı döyülməsindən sonra ilk dəfə - FOTO

4-05-2015, 10:10           
Rektor qızı döyülməsindən sonra ilk dəfə - FOTO
Döyülməsi ilə gündəmə gələn rektor qızı diqqət mərkəzindədir. Xəzər Universitetinin rektorunun övladı Ülkər İsayevanın hər çıxışı, sosial şəbəkədə paylaşımları maraq doğurur.

Axar.az xəbər verir ki, tanışları tərəfindən ictimai yerdə döyülən Ülkər bu hadisədən sonra bir müddət Türkiyədə olub, yenidən Bakıya qayıdıb və yaşadığı evdə qızının ad günündən şəkil paylaşıb. Feysbuk səhifəsində yayılan şəkildə rektorun qızı və nəvəsi tort kəsirlər.

Ü.İsayeva daha əvvəl paylaşdığı statusda yazmışdı: “Həyatda bir dəfə yaşayırıq, hamımızın başına iş gələ bilər. Başqalarının dalınca danışaraq özünüzə pislik edəcəksiniz”.

Qeyd edək ki, Ülkər İsayeva bu il mart ayının 8-dən 9-na keçən gecə, saat 04 radələrində əvvəldən tanıdığı şəxslər tərəfindən küçədə döyülüb. Onu döyməkdə təqsirləndirilən Zaur Məmmədov barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. H.İsaxanlı mətbuata açıqlamasında övladının döyülməsi xəbərini təkzib edərək videoda görünən xanımın Katya adlı qız olduğunu bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.