Rusiyada azərbaycanlının evindən güllələnmiş qadın meyiti tapıldı

4-05-2015, 11:26           
Rusiyada azərbaycanlının evindən güllələnmiş qadın meyiti tapıldı
Sankt-Peterburqun Kupçino rayonunda Pskov şəhərindən olan 37 yaşlı qadın güllələnib.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, qarnından odlu silah yarası alan qadının meyiti mayın 2-si axşam saatlarında Sofiya küçəsində yerləşən 20 saylı binanın mənzilində aşkar edilib.

Qadın Pskov şəhər qeydiyyatında olub, lakin 2012-ci ilin oktyabrında qeydiyyatdan çıxıb. Onu mənzili icarəyə götürən 48 yaşlı azərbaycanlı aşkar edib. Mənzildə silah tapılmayıb.

Hazırda mənzilin digər kirayəçisi, 41 yaşlı Azərbaycan vətəndaşı axtarılır. Mənzilin sahibi də 57 yaşlı azərbaycanlıdır. Meyit tapılan zaman o, şəhər kənarında olub.

Ölənin cəsədi ekspertizaların keçirilməsi üçün morqa göndərilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.