Vəfa Quluzadənin sensasion səs yazısı yayıldı - AUDİO

4-05-2015, 17:28           
Vəfa Quluzadənin sensasion səs yazısı yayıldı - AUDİO
Sosial şəbəkələrdə Vəfa Quluzadənin maraqlı bir səs yazısı yayılıb. Avropa.info xəbər verir ki, audioda Qərb dünyasına müsbət mövqeyi ilə tanınan politoloq Vəfa Quluzadə ABŞ-ı sərt şəkildə tənqid edərək, ermənilərə dəstək verməkdə ittiham edir. "Azadlıq" radiosunda hazırda həbsdə olan Xədicə İsmayılın verlişinə qatılan Vəfa Quluzadə adı çəkilən radionu erməniləri dəstəkləməkdə suçlayır. Verliş zamanı ABŞ-ın əleyhinə danışan və müsəlman, türk olduğumuz üçün Azərbaycanın təzyiqlərə məruz qaldığını deyən Vəfa Quluzadənin sözləri Xədicə İsmayıl tərəfindən kəsilir. Bundan sonra Vəfa Quluzadə "Azadlıq" radiosunun ABŞ-dan aslı olduğunu və bu dövlətin tapşırıqlarını icra etdiyini deyir.

Xatırladaq ki, bu lent yazısı 2012-ci ildə çəkilib.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.