“İnfiniti”nin sürücüsünün polisi döyməsi xəbərinə - Rəsmi açıqlama

6-05-2015, 22:13           
“İnfiniti”nin sürücüsünün polisi döyməsi xəbərinə - Rəsmi açıqlama
Bakı Şəhər Dövlət Yol Polisi sürücünün yol polisini döyməsi ilə bağlı "Qafqazinfo"da yayımlanan məlumata aydınlıq gətirib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən “Qafqazinfo”ya bildirilib ki, hadisə zamanı sürücü yol polisinə maneə olub: “Qeyd olunan hadisə zamanı yol polisi döyülməyib. Sadəcə cəza protokolu yazılarkən “İnfiniti” markalı avtomobilin sürücüsü yol polisinə maeə olub, müqavimət göstərərək protokolu onun əlindən almaq istəyib. Bu mübahisədən sonra sürücü yaxınlıqdakı polis bölməsinə aparılıb və sənədləşdirilib. Araşdırma aparılır”.

Qeyd edək ki, hadisə Nəsimi rayonu ərazisində baş verib. Mayın 4-də saat 19 radələrində Bakıxanov küçəsində Mercedes markalı avtomobilin sürücüsü Azər Əhmədov yol hərəkət qaydasını pozub. Buna görə də ərazidə xidmət edən Yol Patrul Xidməti Alayının serjantı Ağamoğlan İbrahimov tərəfindən saxlanılıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.