İspaniyanın Madrid şəhərinin yaxınlığında kiçik həcmli təyyarə qəzaya uğrayıb.
Axar.az xəbər verir ki, Kessna-172 markalı təyyarənin qəzaya uğraması nəticəsində 3 nəfər həlak olub.
Sabadeldən Madridə uçan iki kursant və bir pilot "Cuatro Vientos" aerodromuna enməli olublar. Ancaq eniş zolağına 30 kilometr qalarkən təyyarə ağaca çırpılıb və dərhal alışıb.