Tərtərdə yetkinlik yaşına çatmayanlarla iş diqqət mərkəzindədir

31-03-2016, 12:14           


Martın 30-da rayon icra hakimiyyəti rayon prokurorluğu, polis şöbəsi və təhsil şöbəsi ilə birlikdə yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayət hadisələri ilə bağlı Gənclər Mərkəzində yığıncaq keçirmişdir. Yığıncaqda rayon icra hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri Elvin Umudov, polis şöbəsində yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili qrupunun baş inspektoru Ceyhun Əliyev, rayon prokurorunun köməkçisi Rəşad Bayramov, təhsil şöbəsinin müdiri Surxay Mirzəyev çıxış edərək yetkinlik yaşına çatmayanların törətdikləri cinayyət işlərini müzakirə etmişlər. Qeyd olunmuşdur ki, 2015-ci ildə yetkinlik yaşına çatmayanlar tərəfindən 4 cinayət hadisəsi qeydə alınmışdır. Həmin cinayətlərin 2-si oğurluq, 1-i saxta pul hazırlama, 1-i isə sağlamlığa zərərvurma ilə əlaqədar olmuşdur.

Sonra cinayət törədən yetkinlik yaşına çatmayanların təhsil aldıqları məktəblərin direktorları Valeh İbrahimov, Gülzar Ağayeva, Elmira Hüseynova və Zərifə Şirinovaya söz verilmişdir. Onlar cinayət törətmiş uşaqlarla bağlı gördükləri tədbirlər barədə danışmışlar.

Rayon təhsil şöbəsi tərəfindən həmin məktəblərin direktorlarına ciddi xəbərdarlıq edilmişdir.
















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.