Ana Vətən Partiyası Balakən rayon təşkilatının növbəti konfransı keçirilmişdir.

31-03-2016, 12:53           


Konfransın işində Təşkilat Şöbəsinin müdiri, Mərkəzi Şura üzvü Azər Quluzadə iştirak etmişdir. Ilk olaraq MŞ üzvü Azər Quluzadə çıxış edərək regionda və Azərbaycanda gedən ictimai-siyasi proseslər barədə konfrans nümayəndələrinə məlumat vermişdir. O eyni zamanda AVP-nin fəaliyyəti, apardığı siyasət və partiyadakı təşkilatı işlərə də toxunmuşdur. Sonra Təşkilat Komitəsinin hesabatı dinlənilmiş, rayon təşkilatının sədri, sədr müavini, rayon qadınlar şurasının və gənclər təşkilatının sədri, rayon məclisinin üzvləri, rayon şurası və nəzarət təftiş komissiyasının üzvləri seçilmişdir. Baydarov Faiq Şahid oğlu AVP Balakən rayon təşkilatının yeni sədri seçilmişdir. Konfransın sonunda partiyaya yeni qoşulmuş anavətənçilərə üzvülük vəsiqələri təqdim edilmişdir.

Ana Vətən Partiyasının Mətbuat Xidməti.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.