"Dəfnimə gəlib belə deyərsən" - Şəhidimizin cibindən çıxan məktub

7-04-2016, 19:07           
"Dəfnimə gəlib belə deyərsən" - Şəhidimizin cibindən çıxan məktub
Azərbaycanla Ermənistan təmas xəttində ermənilərin hücumunun qarşısını alarkən şəhid olan Azərbaycan Ordusunun əsgəri, 19 yaşlı şəhid Sərxan Bağırovun cibindən çıxan məktub hər kəsi göz yaşına boğub.

Aznews.az xəbər verir ki, Göy Göl rayonundan olan S.Bağırov məktubu sevgilisinə yazıbmış. Məktub onun dəfnində səsləndirilib.

"Əzizim Gülçin, mən səni sevirəm! Ola bilsin ki, mən həlak oldum. Amma qəm yemə! Sən də məni sevirsənsə, onda mənim dəfnimə gəlib ürəyində: "mən də səni sevirəm" deyərsən! Mən səni eşidəcəm!" – deyə, şəhidimiz sevgilisi ilə vidalaşıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.