Prezident İlham Əliyev əhalinin özünüməşğulluğu ilə bağlı sərəncam imzalayıb - 6 milyon manat ayrıldı

7-04-2016, 19:39           
Prezident İlham Əliyev əhalinin özünüməşğulluğu ilə bağlı sərəncam imzalayıb - 6 milyon manat ayrıldı
Azərbaycan Prezidenti İlham Əliyev əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, əhalinin özünüməşğulluğuna kömək göstərilməsi üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 6 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşrılıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.