“Facebook”da sürətlə virus yayılır

7-05-2015, 23:34           
“Facebook”da sürətlə virus yayılır
Son günlər “Facebook”da sürətlə virus yayılmağa başlayıb.
SalamNews xəbər verir ki, yayılan bu viruslar insanlara mesaj şəklində ötürülür. Belə ki, “Facebook” istifadəçiləri dostluqlarında olan insanlardan müxtəlif mesajlar alırlar. Həmin mesajlar müxtəlif keçidlərlə (“link”) göndərilir. Əgər istifadəçi həmin keçidə daxil olarsa, virus həm kompüterə, həm də profilə düşür. Virus düşdükdə isə avtomatik olaraq digər istifadəçilərə ötürülür.
Mütəxəssislər bu cür viruslardan qorunmaq üçün şübhəli və ya tanımadığınız insanlardan gələn mesajları oxumamağınızı və ya cavab verməməyinizi, eləcə də belə halın baş verəcəyi təqdirdə, parolunuzu təcili olaraq, dəyişməyinizi tövsiyə edirlər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.