Ana Vətən Partiyasının Siyəzən rayon təşkilatının gənc fəalları ilə görüş keçirilmişdir.

18-04-2016, 17:01           

teref.az - Ana Vətən Partiyasının Siyəzən rayon təşkilatının gənc fəalları ilə görüş keçirilmişdir.
İlk olaraq 2-5 aprel tarixilərində təmas xəttindəki qarşıdurmada torpaqlarımızın müdafiəsi uğrunda şəhid olan hərbçilərimizin əziz xatirəsi anılmış və onların ruhuna dualar oxunmuşdur.
Daha sonra çıxış edən, AVP rayon təşkilatının sədri Xalid Əliyev cəbhədə baş vermiş hadisələrdən bəhs etmişdir. O, bildirmişdir ki, Azərbaycan ordusu hər zaman düşmənin bu cür təxribat xarakerli addımlarına layiqli cavab verib. Həmişəki kimi ermənilər qeyri-konstruktiv mövqe tutur, danışıqları pozur və razılığa gəlmirlər. Belə olan halda Azərbaycan ordusu gec-tez özünün əsaslı, ciddi və sarsıdıcı zərbələri ilə düşmənin cavabını verməli və torpaqlarını düşmən tapdağından azad etməlidir.
Bu çür aktiv qarşıdurma ola bilsin ki, sabah, beş gün sonra və yaxud bir il sonra təkrarlansın. Hər halda biz ciddi şəkildə torpaqlarımızı işğaldan azad etməyə hazır olmalıyıq. Dövlət və xalq olaraq bir olmalıyıq. Bizim birliyimiz Azərbaycanın Ermənistan üzərində qələbəsini təmin edəcək.
Sonda partiya sıralarına yeni qəbul olunmuş üzvlərə üzvlük vəsiqələri təqdim olundu.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.