Azərbaycan prezidenti qəhrəmanlıq göstərən hərbçilərə yüksək fəxri adlar verib

19-04-2016, 15:42           
Azərbaycan prezidenti qəhrəmanlıq göstərən hərbçilərə yüksək fəxri adlar verib
Prezident ilham Əliyevin sərancamı ilə qəhrəmanlıq və igidlik göstərən Azərbaycan hərbçilərinin bir qrupu yüksək fəxri adlara layiq görülüblər.

teref.az - nun Azərbaycan prezidentinin mətbuat xidmətinə istinadən verdiyi məlumatına görə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlıq və igidliyə görə Azərbaycan hərbçilərinin xüsusi fərqlənən bir qrupu 2016-cı il aprelin 19-da Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə yüksək fəxri ada layiq görülüb, orden və medallarla təltif olunub.

Vətən qarşısındakı xidmətlərinə görə təltif edilənlər arasında “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına, “Azərbaycan Bayrağı” və “Vətənə xidmətə görə” ordenlərinə, “Vətən uğrunda”, “İgidliyə görə” və “Hərbi xidmətlərə görə” medallarına layiq görülənlər vardır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.