Direktorlara müstəqil müəllim seçmək şansı veriləcək - NAZİR

19-04-2016, 21:16           
Direktorlara müstəqil müəllim seçmək şansı veriləcək - NAZİR
"Təhsil Nazirliyi son illər məktəblərə müəllim seçiminə diqqətlə yanaşır. Ən mühüm mövzulardan biri müəllimlərin işə qəbulunun şəffaf keçirilməsidir. Düşünürəm ki, bu istiqamətdə bir sıra nailiyyətlərə imza atmışıq. Lakin daimi olaraq bu proqramı təkmilləşdirməyi düşünürük".

Bunu təhsil naziri Mikayıl Cabbarov "Azərbaycan üçün öyrət" layihəsinin təqdimatında çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, təhsil sisteminin gücü müəllimlərin gücü ilə ölçülür: "Hazırda qarşıda duran əsas məqsədlərdən biri növbəti tədris illəri üçün həyata keçirəcəyimiz seçimlərdə ölkədə ən yaxşı nailiyyət göstərən məktəblərə və onların rəhbərlərinə müstəqil müəllim seçmək ənənəsini bərpa etməkdir. Biz hazırda bu sahədə mümkün ola biləcək imkanları araşdırırıq".

O bildirib ki, uğur əldə etmiş, yüksək akademik nailiyyət göstərən müəllimlərlə ən zəif akademik nəticə göstərən müəllimlər arasında keyfiyyətlər, bacarıqlar üzrə fərqlər var: "İlk kateqoriyaya aid olan məktəblərdən danışdığımız halda biz artıq yüksək akademik nailiyyətlər əldə etmiş şagirdlərin potensialının mümkün qədər açılmasını istəyiriksə, onda zəif nəticə göstərən məktəblərdə əsas məqsədimiz ümumi səviyyəni əhəmiyyətli dərəcədə qaldırmaqdır".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.