Qazax RİH erməni təcavüzündən zərər çəkənlərə kömək etməkdə acizdir

16-05-2016, 18:02           
Qazax RİH erməni təcavüzündən zərər çəkənlərə kömək etməkdə acizdir
Mayın 13-də Qazaxın Quşçu Ayrım kənd sakini, 1978-ci il təvəllüdlü Vəzir Vəliyev heyvanları çölə apararkən minaya düşüb. Müxtəlif bədən xəsarəti alan V. Vəliyev dərhal Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. Onun sol ayağı dizdən aşağı amputasiya olunub. (APA).

Biz öyrənmək istədik, Qazax Rayon İcra Hakimiyyəti Ermənistanın aqressiyası nəticəsində zərər çəkən bu sakinə hansı yardım göstərib?

Sualımıza cavab almaq üçün, Qazax RİH başçısının müavini Tahir Əliyevə müraciət etdik.

“Biz necə kömək edə bilərik? İcra hakimiyyətinin Ermənistanın təcavüzündən zərər çəkənlərə yardım etmək üçün fondu yoxdur”, – deyə T.Əliyev kavkaznews.az-a açıqlamasında vurğuladı. Lakin RIH başçısının müavini eyni zamanda bildirdi ki, zərskachanny-e-fajly-1-335ər çəkən adama hər cür kömək göstərilir.
Milli Məclisin deputatı Nizami Cəfərov Qazax RİH rəsmisinin açıqlamasını kavkaznews.az-a belə şərh edib: “Fondların məsələyə nə dəxli var? Rayonun icra hakimiyyəti erməni təcavüzündən zərər görən sakinlərə hər cür yardımı göstərməlidir. Əgər bunun üçün maliyyə çatışmazlıqları varsa, Bakıya müraciət etsinlər”

Sabiq deputat, “Ümid” Partiyasının sədri İqbal Ağazadənin fikrincə isə, bu halda Qazax RİHb0e317bcf481705a96dd14e82f3d4437-i tənqid etməyə gərək yoxdur.

“Rayon icra hakimiyyəti ancaq birdəfəlik yardım edə bilər. Lakin birdəfəlik yardım Ermənistanın təcavüzü nəticəsində əlil qalan insanların problemlərini həll etmir”, – deyə İ.Ağazadə vurğuladı.

O qeyd etdi ki, Azərbaycan qanunvericiliyində cəbhəyanı bölgələrin sakinlərinin vəziyyəti ilə bağlı ayrıca qanun yoxdur.

“Mən deputat olarkən, dəfələrlə erməni təcavüzündən zərər çəkən dinc vətəndaşların statusu ilə bağlı xüsusi qanun qəbul etmək üçün məsələ qaldırmışam. Axı onlar öz istehsalat zamanı günahları üzündən əlil olmayıblar. Onlar o üzdən zərər çəkiblər ki, kimsə vaxtında həmin torpaqları Ermənistan ordusunun yerləşdirdiyi minalardan yaxşı təmizləməyib” , – deyə sabiq millət vəkili kavkaznews.az-a bildirdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.