Uşaq Nevroloji Xəstəxanasında nələr baş verir? - İTTİHAM VAR

16-05-2016, 19:48           
Uşaq Nevroloji Xəstəxanasında nələr baş verir? - İTTİHAM VAR
Tibb ocağı soyğunçuluq yuvasına çevrilib. Bu tibb mərkəzinə müraciət edənlər çətin ki, nevroloji xəstəlik tapmadan çıxsınlar. Çünki süründürməçilik və həkimlərin bazarlığı vətəndaşları təngə gətirib.

Tibb ocağında çalışan həkimlər əməkdaşlıq etdikləri özəl klinikalara müştəri cəlb edirlər. Uşaq Nevroloji Xəstəxanasında pasientə baxmayan Hippokrat andı içmiş peşə sahibləri yalnız özəl klinikalara xəstəni dəvət etməklə ona qayğı göstərirlər. Bu da ciddi şəkildə narazılığa səbəb olub.

Baş həkimin yaratdığı bazar ab-habası səhiyyə ocağında həkimlərin özəl klinikalar üçün bu müəssisədən müştəri tapmaq meydanına çevrilib. Burada Mehriban, Sveta, Füzuli və başqa həkimlərin qəbuluna düşmək çox çətin işdir.

Füzuli həkim artıq iyerarxik bir sistem qurub. Bu nervpotoloqa olan tələbatdan xəstəxana da istifadə edir. Qəbula düşmək üçün gərək 1 ay qabaqdan yazılasan. Amma əməkdaşlıq etdiyi özəl klinikalarda isə ödəniş etməklə bir neçə günə müayinəsindən keçmək mümkündür.

Şikayətlərdə deyilir ki, xəstəxanada həkimlərin rüşvət mexanizmi və soyğunçuluq prinsipləri özəl klinikalara xəstə daşımaqdan ibarətdir. Bu xəstəxanada heç bir xəstə pulsuz müalicə və müayinə edilmir. Baxmayaraq ki, Səhiyyə Nazirliyi dövlət xəstəxanalarında müalicə və müayinənin pulsuz olduğunu bildirir.

Uşaq Nevroloji Xəstəxanasında bir sıra həkimlər var ki, onların növbəsinə yazılmaq üçün səhər saat 7.00-dan xəstəxanın qarşısını kəsdirmək tələb olunur. Uşaq Nevroloji Xəstəxanasında bir xəstə uşağın müayinəsi üçün özəl qiymətlər müəyyənləşdirilib. Həkimlərin əksəriyyəti 20-30 manat verilməyəcəyi təqdirdə xəstə uşağı müayinə etmir, müalicə resepti yazmır.

Xəstəxananın daxilində müayinə və müalicənin pulsuz və ya pulu olub-olmadığına dair heç bir yazılı elan yoxdur. Araşdırmalar göstərir ki, həkimlər müalicənin müddətini minimum bir il, əksər hallarda isə bir ildən də çox uzadırlar. Belə müalicəyə cəlb oluna xəstə uşaqların sayının minlərlədir.

Maraqlıdır ki, burada xəstələrə yazılan bəzi dərmanları Bakıdakı heç bir aptekdən tapmaq mümkün deyil, amma həmin perparatları Uşaq Nevroloji Xəstəxanasının yaxınlığında yerləşən əczaxanadan almaq olar. Bu, həkimlərlə həmin aptek arasında işbirliyinin olmasına şübhələr yaradır. Son illər Azərbaycanda 16 yaşadək uşaqlar arasında sinir sistemi xəstəliklərindən müalicə olunanların sayının kəskin şəkildə artdığı müşahidə olunur.
24saat.org












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.