Mingəçevirdə top mərmisi tapıldı

16-05-2016, 23:49           

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Tərtər, Ağdam, Füzuli rayonları və Mingəçevir şəhərində aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında hesabat yayıb.
ANAMA-dan verilən məlumata görə, mayın 16-da 4 ev və həyətyanı sahədə, 9 əkin sahəsi, 29 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış OR-281U 57 mm-lik top mərmisi aşkar olunaraq götürülüb, gün ərzində 41 414 kv. m ərazi təmizlənib.

Tərtər rayonu

Əskipara kəndi – 3 ev və həyətyanı sahədə 3 partlayış yerinə baxış keçirilib, 17 500 kv. m. ərazi yoxlanılıb.

Cəmilli kəndi – 1 ev və həyətyanı sahədə və 1 əkin sahəsində 15 partlayış yerinə baxış keçirilib, 9 000 kv. m. ərazi yoxlanılıb.

Yuxarı Qapanlı kəndi – 1 əkin sahəsində 2 partlayış yerinəbaxış keçirilib, partlamamış sursat aşkar edilməyib. Təhlükəsizlik tədbirlərini nəzərə alaraq 500 kv. m ərazi yoxlanılıb.

Qaynaq kəndi – 1 əkin sahəsində 1 partlayış yerinə baxış keçirilib, təhlükəsizlik tədbirlərini nəzərə alaraq 200 kv. m ərazi yoxlanılıb.

Cəmi: 4 ev və həyətyanı sahəyə, 3 əkin sahəsinə, 21 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib, 27 200 kv. m ərazi təmizlənib.

Ağdam rayonu

Çəmənli kəndi – 4 əkin sahəsində 6 partlayış yerinə baxış keçirilib, nəticə etibarilə 12 600 kv. m ərazi yoxlanılıb.

Cəmi: 4 əkin sahəsi, 6 partlayış yeri aşkar edilib və nəticə etibarilə 12 600 kv. m ərazi təmizlənib.

Füzuli rayonu

Şükürbəyli kəndi – 2 otlaq sahəsində 2 partlayış yerinə baxış keçirilib, nəticə etibarilə 614 kv. m ərazi yoxlanılıb.

Cəmi: 2 otlaq sahəsi, 2 partlayış yeri aşkar edilib və nəticə etibarilə 614 kv. m ərazi təmizlənib.

Mingəçevir şəhəri – Sahil qəsəbəsi, Təbriz küçəsində qazıntı aparılan ərazidə 1 ədəd partlamamış OR-281U 57 mm-lik top mərmisi aşkar olunaraq götürülüb, 1 000 kv. m ərazi yoxlanılıb (FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin məlumatı)

Cəmi: 1 ədəd partlamamış OR-281U 57 mm-lik top mərmisi aşkar olunaraq götürülüb, 1 000 kv. m ərazi təmizlənib.
Ümumilikdə Agentlik tərəfindən 7 aprel – 16 may tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında, Mingəçevir və Bakı şəhərlərində 486 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 3 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 14 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 421 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 2 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.
Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

//azpolitika.info/












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.