“Azərbaycanla Ermənistan arasında müharibə riski artacaq” - Ştaynmayer

17-05-2016, 00:28           

“Dağlıq Qarabağ münaqişəsi davam etdikcə tərəflər də intensiv silahlanacaq”.

“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer Vyana görüşündə bildirib.

“Təmas xəttində 6 həftə əvvəl başlayan şiddətli döyüşlər onu göstərir ki, uzunmüddətli status-kvo perspektiv əldə etməkdə əsassızdır. Konflikt davam etdiyi təqdirdə, eləcə də tərəflər intensiv şəkildə silahlansa yeni eskalasiya, hətta Azərbaycanla Ermənistan arasında müharibə riski artacaq”, - deyə Ştaynmayer söyləyib.

Onun sözlərinə görə, ATƏT münaqişənin həlində vacib rol oynayır: “Fransa, Rusiya və ABŞ Minsk qrupunun həmsədrləri kimi uzun illərdir ki, bu gərginliyə son qoymağa və siyasi prosesin bərpa olunmasına çalışır. Almaniya ATƏT nümayəndəsi kimi bunu dəstəkləyir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.