BİLƏCƏRİDƏ 291 SAYLI KÖRPƏLƏR EVİNDƏ-QANUNSUZLUQ

17-05-2016, 09:05           

Körpələr evinin müdirəsi vətəndaşı süründürür

-Bu gün Vətəninfo.az –ın elektron ünvanına Südabə adlı xanım bir müraciət ünvanlayıb. Müraciətdə Südabə xanım qeyd edir ki. O yaşadıqları ünvana,yəni Binəqdi rayon Biləcəri qəsəbəsində yerləşən 291 saylı körpələr evinə azyaşlı nəvəsin qoymaq istəyir.Amma körpələr evinin müdirəsi Şəfiqə adlı şəxs onların ailə vəziyyətin nəzərə almayaraq nəvəsin körpələr evinə kötürməkdən imtina edir.

Redaksiya olaraq Südabə xanımın göndərmiş olduğu müraciəti olduğu kimi təqdim edirik.

Hörmətli Vətəninfo.az İnformasiya Agentliyi rəhbərliyi bilmirəm siz bizə köməklik edə bilərsiniz ya-yox.Bu məktubu yazdım. Sizi tanımasam da, haqqın tərəfinə olduğunuza tam əminəm. Mən nəvəmi Biləcəri qəsəbəsində bağçaya qoymaq istəyirəm. Lakin pul verməsən sənə bütün bağçalar " YER YOXDU" deyəcək. Oğlumun ailəsində maddi durumları çətin olduğundan gəlinim işə çıxmalı oldu. Lakin uşağı bağçaya qoya bilmirlər. İki həftədir ki , işə çıxır,( biləcəridə işləyir) körpəni qoymağa yer tapmır. Bağçalar da deyirlər ki, "növbəyə yazıl, növbən çatanda gələrsən". Niyə bağçalara belə qanun qoyublar ? Bilmirəm. Dayə tutmağa imkan yoxdur. İki həftədir ki, körpə uşaq da əziyyət çəkir. Hər səhər uşağı Müşviq qəsəbəsində yaşayan xalasıgilə aparıb qoyduqdan sonra ,işə gedirlər. Uşaq 2 yaş 9 aylıqdır. Hər səhər yazıq uşağı saat 6-da oyadanda adamın ürəyi ağrayır. Çünki, o yatmaq istəyir və ağlayır. Mən bilmirəm nə edək. Nə icra hakimiyyəti, nə də bağça müdrələri kömək etməyəcəklərinə tam əminəm. Mən Biləcəridə evlərinə yaxın olan 291 saylı körpələr evinin müdiri Şəfiqə xanımla danışdım. O da dedi yer yoxdur, növbəyə yazıl.Mən həmişə çətinliklərlə üzləşirəm. Necə bizə kömək edə bilərsiniz ? Çox xahiş edirəm, bizə köməklik edəsiniz.. Sizə minnətdar olardım.

Hörmətlə :Südabə xanım

Redaksiyadan: 291 saylı körpələr evinin müdirəsi Şəfiqə xanımın da mövqeini dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.