“Azercell” məhsullarından qazanılan və gizlədilən milyardlar – ARAŞDIRMA

18-05-2016, 09:18           
“Azercell” məhsullarından qazanılan və gizlədilən milyardlar – ARAŞDIRMA
“Onlar həm cəmiyyəti, həm də dövləti aldadırlar”

Martın 16-da Qafqaznews.az saytında ““Bahalı nömrələrdən “Azercell”in də xəbəri var” – mobil rabitə bazarında monopoliya” başlıqlı yazı dərc olunmuşdu. Həmin yazıda qeyd olunmuşdu ki, mobil rabitə bazarında formalaşan “ierarxik sistem” və bahalı nömrələrin satışı ilə bağlı Qafqaznews.az-a bir sıra məlumatlar daxil olub. Yazıda bildirilirdi: “Azercell” şirkəti nömrələri və kartları “Akhundoff Networks”, “ ABC Telecom”,“İntegralPlus” şirkətlərinə satır. Azercell şirkətində 10 min ədəd nömrənin maya dəyəri 41 min manat təşkil edir.Bu 3 şirkət həmin nömrələri daha baha qiymətlərlə alt distribüterlərə və yaxud da dilerlərə satırlar. Nəticədə Azərbaycanda mobil xidmətlər abunəçilərə baha başa gəlir . Bu isə vətəndaşların narazılığına səbəb olur. Belə ki, məlumatda qeyd olunana görə, üst distribüterlər “Azercell” verdiyi malı bölür, sonra alt distribüterlər və dilerlər öz müştərilərinə satırlar.

Məsələn, 050 400 00 00 nömrəsindən 050 4skachanny-e-fajly-1-900 99 99 nömrəsinə qədər 10 min ədəd nömrə mövcuddur. Lakin heç kimə sirr deyil ki, “zerkalnı”, yəni, rəqəmləri üst-üstə düşən, yaddaqalan nömrələr fərqli qiymətlərlə satılır. Mənbə bildirir ki, bir neçə il ərzində formalaşmış sistem özünün “pik” nöqtəsinə sabiq “Azercell” prezidenti (daha sonra Moldovanın baş naziri olmuşdu – red.) Kiril Qaburiçin vaxtında çatmışdı”.

Ötən il Qafqaz Xəbər Agentliyinə daxil olan məktubda bildirilmişdi ki, bir qrup sahibkar “TeliaSonera”ya müraciət etmiş və “Azercell”in yaratdığı “ierarxik” sistemə son qoymağı xahiş etmişdilər. Həmin məktubda bildirilirdi ki, “ierarxik” sistemə NLT, BakTell, Novotech, Elz-Line, Klik, A & T mobile, Cenub, West mobil, İnam və Turkan telekom kimi şirkətlər daxildir. Bu il də şikayətlər səngimək bilmir… Bu günlərdə bir qrup sahibkar yenidən Qafqaz Xəbər Agentliyinə müraciət edərək, sözügedən problemi gündəmdə saxlamağı xahiş ediblər. Xüsusilə də, müraciət edən sahibkarlar “ABC Telecom” və “Baktel”dən şikayətlənir, onların davamlı olaraq həm alt distribüterləri, həm də “Azercell”i şantaj etdiklərini deyirlər. Onların sözlərinə görə, iri sahibkar kimi bazarda “at oynadan” üst distribüterlər mobil rabitə qiymətlərinin ucuzlaşmasına da mane olur və davamlı olaraq operatorlara, xüsusən də “Azercell”ə təzyiq göstərirlər.

Qafqaz Xəbər Agentliyi vasitəsi ilə “Azercell Telecom”un rəhbəri Vahid Mürsəliyevə müraciət edən sahibkarlar bildiriblər: “Vahid müəllim, yəqin ki, “Baktel” şirkətinə kimlərin nəzarət etməsi, onların bank hesablarına Vergilər Nazirliyi tərəfindən 200 milyon manat məbləğində sərəncam qoyulması barədə məlumatlara siz də rast gəlmisiniz. Bu insanlar heç bir əziyyət çəkmədən, “Azercell”in məhsullarını alt distribüterlərə ötürməklə milyonlar, hətta milyardlar qazanırlar. Bununla yanaşı, vergidən də yayınırlar və özlərini mobil rabitə bazarının ağaları kimi aparırlar. Onlar həm cəmiyyəti, həm də dövləti aldadırlar”.

Bir müddət əvvəl saytımızda dərc olunan məlumatda bildirilirdi ki, hüquq elmləri doktoru, “Putinin dostu” kimi tanınan İlham Rəhimovun kürəkəniylə bağlı “Baktel” şirkətinin bank hesablarına Vergilər Nazirliyi tərəfindən sərəncam qoyulub. Qafqaznews.az-a daxil olan məlumatda qeyd olunurdu ki,bu şirkətin dövlBaktell-225x300ətə nə az, nə çox, düz 200 milyon borcu yaranıb. Yəni şirkətin sahibləri vaxtı ilə kimlərəsə görə qeyri-qanuni 18 faiz ƏDV-dən azad olunduqları üçün milyonlara sahib olub “Bentley” avtomobillərində gəzirlər. Hətta özlərinin şəxsi təyyarələri də var. Ancaq bu gün, Vergilər Nazirliyi tərəfindən aparılan yoxlamalar nəticəsində bəlli olub ki, Baktel şirkəti 200 milyon manatlıq vergidən yayınıb. Vergilər Nazirliyinin istintaq idarəsinin əməkdaşları tərəfindən “Baktel” şirkətinin icraçı direktoru Elçin Zaur oğlu Mansurov saxlanılsa da, sonradan bir qrup şəxs tərəfindən istintaqın gedişatına maneə törədilib və Elçin azadlığa buraxılıb. Əldə etdiyimiz digər məlumata görə, əslən Qazax rayonundan olan Elçin Mansurov “Bakı Çinar Soyuducuları” zavodunun direktoru vəzifəsini də icra edir.

Bütün bu faktlar bizə maraqlı gəldiyi üçün, biz jurnalist araşdırması apardıq və bizə məlum oldu ki, “Baktel” şirkətinin digər sahibi keçmiş DİN başçısı mərhum Məhəmməd Əsədovun oğlu Rasim Əsədovdur. Yəni, bu şəxs bilavasitə 200 milyon manat pulun vergidən yayınmasında cavabdeh olan şəxsdir. “Baktel” şirkətindən savayı, maraqlıdır ki, elə yüksək istehsal səviyyəsi və işgüzarlıq keyfiyyəti nümayiş etdirməyən, daim müştərilər tərəfindən qınaq obyekti olan “Bakı Çinar Soyuducuları” zavodu hansı məziyyətlərə görə “seçilən status”unu qazanıb? Və göstərilən dəstəyi, dövlət qayğısını hansı istiqamətdə istifadə edib? Mənbə bildirir ki, guya yerli sənayenin inkişafına “töhfə” verən bu şirkətin əsas funksiyası Araz Mehdiyev və R.Əsədovun idxal-ixrac əməliyyatları və pulköçürmə işlərində yardımçı olmaqdır, keyfiyyətli soyuducu istehsalı isə artıq ikinci plana keçib. Məlumat üçün bildirək ki, Baktel şirkəti “Azercell” şirkətinin alt distribüterlərindən biridir. Hər gün “Baktel” şirkəti “Azercell” şirkətindən kontur alaraq öz müştərilərinə paylayır və Azercell-ə pulu köçürmə yolu ilə yox, nağd şəkildə ödəyir. Çünki Vergilər Nazirliyi “Baktel” şirkətinin bank hesablarına sərəncam qoyub. Vaxtı ilə MTN-ə güvənən bir çox şəxslərin qaranlıq işləri hələ indilərdə üzə çıxır.скачанные файлы (1)

Ötən il dekabırın 30-da Qafqaznews.Az saytında “İlham Rəhimovun kürəkəninə məxsus olan şirkət 200 miliyonluq vergidən necə yayınıb?” başlıqlı yazı dərc olunmuşdu. “ABC Telecom” və onun sahibi Elnur Allahverdiyev barəsində 2015-ci il dekabrın 25-də Qafqaznews.az-da dərc olunan “Elnur Allahverdiyev: biznesmen, fəxri konsul, yoxsa, sələmçi işbaz?” yazısında da söz açılıb. Maraqlıdır ki, Elnur Allahverdiyevə məxsus “Kontakt Home” mağazalarında telefon alqı-satqısına dair “kredit” müqaviləsi alıcı ilə “ABC-Telekom” MMC arasında bağlanılır. Mayın 3-də dərc olunan ““Kontakt Home” mağazalar şəbəkəsində reklam fırıldağı” başlıqlı yazıda isə qeyd olunur ki, bu mağazalar şəbəkəsinin saytındakı reklamlarla, şirnikləndirici “faizsiz” çağırışları ilə ödəniş şərtləri qətiyyən düz gəlmir.

скачанные файлы“ABC Telecom”un meneceri Emil Əliyev əksər suallarımıza “kommersiya sirridir, sizə deyə bilmərəm” deyə cavab verdi. Şirkət təmsilçisi bildirdi ki, onlar həm dilerlərə topdan, həm də pərakəndə satış həyata keçirirlər: “Bunu “Azercell” müəyyən edib”. Lakin E.Əliyev etiraf etdi ki, nömrələr arasından “fərqlənən” nömrələr də seçilir və onların arasında qiymət fərqləri də var: “Qiymətləri sizə deyə bilmərəm bu kommersiya sirridir. Yaxşı olar ki, “Azercell”lə əlaqə saxlayasınız”. “Akhundoff Network” şirkətinin direktoru Nizami Süleymanov Qafqaznews.az-ın əməkdaşı ilə söhbətində “Azercell”in üç əsas distribüterindən biri olduqlarını təkzib etmədi: “Biz “Azercell”in məhsullarını alırıq, başqa distribüter və dilerlər də bizdən alırlar”.

O, bu prosedurun “müəyyən qayda” əsasında həyata keçirildiyini bildirdi: “Bunu “Azercell” müəyyən edir”. N.Süleymanovun sözlərinə görə, distribüter və dilerləri də “Azercell” müəyyən edir, habelə, onları əsas distribüterlərə yönəldir.

N.Süleymanov “Azercell” ilə ticarət dövriyyəsi barədə danışmadı: “Bu barədə danışa bilmərəm. Çünki bilmirəm. Bilmədiyim şeyi deyə bilmərəm”. Direktorun bunu bilmədiyinə inanmağa çalışaraq, növbəti suala keçdik: “Nömrələrin qiyməti və onlarla bağlı vergi sənədləşdirilməsi hansı qaydada tənzimlənir?”. Təəssüf ki, bu sualımıza da konkret cavab ala bilmədik. Nizami Süleymanov ancaq “nömrələri topdan aldıqlarını və topdan da satdıqları”nı bildirdi. Lakin N.Süleymanov “gold” nömrələrdə müəyyən “fərq” olduğunu istisna etmədi. Biz “Akhundoff Networks”un direktoru ilə söhbətimizdə həmin “fərq”in nədən ibarət olduğunu aydınlaşdıra bilmədik. Adıkeçən üçüncü şirkət –“İntegralPlus”un satış meneceri Fuad Məmmədov da ticarət dövriyyəsi barədə məlumat verməkdən imtina etdi.

F.Məmmədov digər həmsöhbətlərimizdən fərqli olaraq, daha aydın şəkildə etiraf etdi ki, “gold” nömrələrin qiymətlərində fərq var və bu nömrələr “nisbətən baha qiymətə” satılılr. “Bundan “Azercell”in də xəbəri var, onlarla əlaqə saxlasanız yaxşı olar”, – deyə F.Məmmədov tövsiyə verdi.

“Mənə maraqlıdır, nəyə görə, başqa şirkətlər birbaşa “Azercell”dən nömrə ala bilməzlər?” – deyə soruşduq. Göründüyü kimi, üst distribüterlər deyirlər ki, “Azercell”in xəbəri var və bahalı nömrələrin qiymətini onlar təyin etmirlər. “Azercell” isə bu məsələdə “əsas tərəfdaş”adlandırdığı distribüterlərin işlərinə qarışmır. O zaman alt distribüterlərmi “günah keçisi” sayılmalıdır? Və bütün bəlaların səbəbkarı kimi, məhz kiçik şirkətləri görməliyik?

“Azercell”in ətrafında yüz milyonlarla, hətta milyardlarla manat dövriyyə olunduğu bir zamanda, işbazların oliqarxa çevrildiyi halda… Kiçik mağaza sahiblərini qınamaq nə dərəcədə doğrudur? Və çox maraqlıdır ki, nə vaxta qədər dövlət büdcəsi sıravi vətəndaşların, kiçik sahibkarların ödədiyi vergilərdən asılı olacaq… İri sahibkarlar isə simvolik, formal vergi hesabatları ilə milyardlar qazanacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.