"Maklerlər" 3 nəfərə 470 min manat atdılar

18-05-2016, 14:02           
"Maklerlər" 3 nəfərə 470 min manat atdılar
Bakıda külli miqdarda dələduzluq faktı qeydə alınıb.

APA-nın məlumatına görə, Məzahir və Hamlet adlı şəxslərin ev almaq adı ilə Bakı şəhər sakini, 1965-ci il təvəllüdlü Natiq Nadir oğlu Məmmədovdan 100 min manat, Lənkəran rayon sakini, 1977-ci il təvəllüdlü Fariz Səxavət oğlu Qəribovdan 170 min manat və Ağsu rayon sakini, 1969-cu il təvəllüdlü Fuad Ədalət oğlu Həsənovdan 200 min manat alıb qaytarmamaları barədə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət daxil olub.

Daxil olan məlumat əsasında araşdırmalara başlanıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.