Cavid Osmanov namizədliyini niyə geri götürüb?!

18-05-2016, 16:04           
Cavid Osmanov namizədliyini niyə geri götürüb?!
Son dövrlər 90 saylı Ağdaş seçki dairəsindən namizədliyi irəli sürülmüş, YAP Ağdaş təşkilatının sədri, Ağdaş icra hakimiyyətinin müavini Cavid Osmanovla bağlı mətbuatda gedən neqativ xəbərlər səngimək bilmir. YAP-da tanınmış sima olmayan, yerli əhali tərəfindən namizədliyi o qədər də sıcaq qarşılanmayan Cavid Osmanovun namizədliyinin irəli sürülməsi müəmması getdikcə çözülməkdədir. Redaksiyamıza hakimiyyətdəki mənbələrimizdən C. Osmanovla bağlı maraqlı məlumat daxil olub. Daxil olan məlumata görə, Cavid Osmanov mayın 10-da namizədliyini geri götürməklə bağlı ərizə yazaraq təcili rayondan çıxıb və Bakıya gəlib. Onun namizədliyini geri götürməsi ilə bağlı yazdığı ərizədən DSK və MSK məlumatlı olub. MSK israrla məlumatı gizlətmək və hakimiyyət dairələri ilə məsələ aydınlaşana qədər KİV-ə məlumat verməməyi tapşırıb.

Araşdırmamız nəticəsində bəlli oldu ki, Bakıda bəzi dairələrlə uzun müddət apardığı danışıqlardan sonra ərzəsini geri götürmək məcburiyyətində qalıb. Onun namizədliyini geri götürməsi ilə bağlı yazdığı ərizəyə səbəb yuxarıların ona yaşıl işıq yandırmaması olub. Seçilməyəcəyi təqdirdə C. Osmanov heç olmasa tutduğu postu saxlamaq istəyib. Bu dəfə də onun şansı gətirməyib. Seçilməyəcəyi təqdirdə ona əvvəlki postuna qayıtmayacağı ilə bağlı bilgi verilib. Osmanova gün kimi aydındır ki, icra başçısı onunla işləməkdə maraqlı deyil.

Təsadüfü deyil ki, yeni icra başçısı Ağdaşa təyinat alan kimi dərhal Osmanovu vəzifəsindən azad edib. Osmanovun yerli iş adamları, bələdiyyə və digər strukturlar üzərində basqısı həmişə olub. Obyekt satışını, iş adamlarına təzyiqləri məhz Osmanov həyata keçirib.
Icra başçısı da yenidən vəzifəsinə qaytarılan Osmanovu deputatlığa namizəd etməklə məsələni birdəfəlik öz xeyrinə həll etmək istəyir. Cavid Osmanov onu da çox gözəl bilir ki, seçilməyəcəyi təqdirdə qeyri-qanuni əldə etdiyi obyektlər də əlindən alınacaq. Bu səbəbdən də Cavid Osmanaov bütün qüvvələrini səfərbər edərək, qanuni və qeyri-aqnuni bütün variantlara əl ataraq deptat kürsüsünə yiyələnmək istəyir.

Mövzuya qayıdacağıq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.